Üzə çıxanlar






Şirkət haqqında

     "Proqres" İnternet və Poliqrafiya xidmətləri Şirkəti 2008-ci ildə yaradılıb. Ötən illər ərzində şirkət informasiya texnologiyalarının tətbiqi, veb proqramlaşdırma, dizayn və redizayn, poliqrafik icra sahəsində kifayət qədər uğurlar qazanıb. Layihələrimizi müvafiq texnoloji yeniliklərlə təchiz etməklə, fəaliyyətimizi müasir standartlara uyğunlaşdırmaqla, intellektual məhsullar bazarında sağlam rəqabət aparmaqla biz daim liderlik keyfiyyətlərini qoruyur və inkişaf etdiririk. Bu gün şirkət nou-hau, yeni tipli elektron bədii tərtibat, innovativ yanaşma stilistikasına görə aparıcı müəssisələrdəndir. Özünəməxsus yaradıcılıq metodlarından və texniki həllərdən istifadə etməklə biz onlarca müştərinin etimadını qazanmışıq. Onların arasında iri holdinqlər, aparıcı elm və təhsil müəssisələri, sosial əhəmiyyətli, ictimai layihələri realizə edən strukturlar da var. Yaradıcılıq prosesində biz hər zaman ən proqressiv, ən optimal və ən sərfəli variantlara üstünlük verməklə müştəriyə biznes və qeyri-biznes yönümlü fəaliyyətlərini dinamik şəkildə inkişaf etdirməyə yardım edirik. Bu, vahid konsepsiyamızın ana xəttini təşkil edir.


                    

      Haqqımızda düşünürlər...
  Son bir neçə ildə şirkətin dizaynerləri bizim üçün kitab, buklet və digər sənəd növlərini nəşrə hazırlayır. Biz onların müvafiq sahədəki təcrübə və səriştəsinə çox inanırıq.

Abuzər Xələfov
Beynəlxalq İnformasiya Akademiyasının həqiqi üzvü, professor
© 2008-2014, "Proqres" İnternet və Poliqrafiya xidmətləri şirkəti